Haqqımızda

"SCOM" şirkəti 2009-cu ildə obyektlərin təhlükəsizliyi, nəzarət və girişin idarə olunması, videomüşahidə, avtomatlaşdırma və texniki monitorinq sistemlərinin təmin edilməsi məqsədi ilə qurulub.

Fəaliyyət göstərdiyi müddət ərzində "SCom" IP-həllər sahəsində toplanmış dünya təcrübəsini Azərbaycanda tətbiq edərək, bu həllərin dəyərini maksimal dərəcədə aşağı salmağa nail olmuşdur. Hal-hazırda şirkət videomüşahidə sistemləri üçün avadanlıq təchizatında etibarlı tərəfdaş kimi tanınır.

Şirkətimiz müasir həllərin tətbiqi və kompleks xidmətlər göstərilməsi nəticəsində sabit inkişaf dinamikasına malikdir. "SCom" şirkətinin uzunmüddətli inkişaf strategiyası etibarlı avadanlıq tədarükçüləri ilə əməkdaşlıq və mütəxəssislərimizin daimi təkmilləşdirilməsi üzərində qurulub.

"SCom" IT-infrastrukturunun optimallaşdırılması və layihələrin həyata keçirilməsi sahəsində mühəndis-məsləhət xidmətləri göstərir. Komandamız müvafiq sertifikatlar almış və çoxillik iş təcrübəsinə malik peşəkarlardan ibarətdir. Texniki dəstək xidmətləri yüksək ixtisaslı mütəxəssislərimiz tərəfindən təmin edilir.

"Dünyanın və Rusiyanın aparıcı şirkətlərinin məhsullarını təqdim edən "SCom" şirkəti, Azərbaycanın texnoloji inkişafına töhfə vermişdir. Şirkətimiz lisenziyalı məhsul tədarükü ilə tanınır.

2013-cü ildə "SCom" şirkəti "Oracle Gold Partner" statusuna layiq görülüb və ERP, CRM sistemlərinin tətbiqi sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Schneider Electric" və "Pelco by Schneider Electric" şirkətlərinin tərəfdaşıdır.

"Schneider Electric" elektrik enerjisinin idarə olunması sahəsində dünya şöhrətli ekspert, "Pelco by Schneider Electric" isə təhlükəsizlik və texnoloji televiziya sistemlərinin istehsalı üzrə dünya lideridir.

Texnologiyada Yenilik, Təhlükəsizlikdə Etibar
SCOM şirkəti IT-infrastrukturun optimallaşdırılması, texniki dəstək və mühəndis-məsləhət xidmətləri ilə biznesinizi gücləndirir. Təhlükəsiz və effektiv həllər üçün bizimlə əlaqə saxlayın.
Bizə müraciət edin